Əzələ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Skelet əzələlərinin quruluşu

Əzələinsanheyvanların bədənində hərəkəti təmin edən strukturlar.

İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərəoynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir.

İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur.

İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir.

Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir. Əzələlərin 2 müxtəlif tipi var. Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir. Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir. Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz. Əzələlərin ikinci qrupu isə hətta siz yatanda belə işləyir. Mədənizin əzələləri qidanı həzm edir, ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir.

Əzələlər həm dartılır, həm də yığılır. Buna görə də onlar cüt-cüt -antaqonist əzələ cütləri şəklində işləyirlər. Bir əzələ gəriləndə digəri açılır.

QEYD: İnsan orqanizmində 640 əzələ var, onlardan hər biri bədənin müəyyən yerini hərəkətə gətirir.

Əzələlərin fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əzələlərin içində sinir ucları mövcuddur. Hərəkət etmək istədiyimiz zaman beynimiz, əzələmizə sıxılmasını söyləyən bir əmr göndərər. Sıxılan əzələ, bir sümüyü çəkərək onu hərəkət etdirər. Əzələlər sıxılarkən eyni zamanda şişər və sərtləşər. Bir əzələ sıxılarkən onun tərsi olan əzələ boşalar.

Əzələ növləri

[redaktə | mənbəni redaktə et]

Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur.

  • Eninəzolaqlı və ya sklet əzələ;
  • Saya əzələ;
  • Ürək əzələsi.

Eninəzolaqlı əzələlər (skelet əzələləri)

[redaktə | mənbəni redaktə et]

Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir.

Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir. eninə zolaqlı əzələ toxuması mənşə quruluş prinsipi və funksional cəhətdən saya əzələ toxumasından fərqlənirmezenximdən inkişaf eden sayatoxumasından fərqli olaraq eninəzolaqlı əzələ toxuması mezodermaadan inkişaf edir Eninəzolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır. Eninəzolaqlı əzələdə 3 cür təqəllüs olur: tək təqəllüs, dişli təqəllüs və hamar təqəllüs.

Düz əzələ hüceyrələri mərmi şəklində olub, qeyri iradi çalışarlar. Sıxılmaları yavaş və nizamlıdır. Bunlarda yığılma və boşalma eninəzolaqlıya nisbətən gec olur. Bunlarda hamar təqəllüs müşahidə edilir. Onurğalılarda həzm, tənəffüs, dövran, artıma və boşaldam sistemlərinin divarların tapılar. Oynaq qıçlılar xaric, onurğasız heyvanlar düz əzələlərə malikdir. Hər hüceyrədə bir dənə nüvə əzələsi mövcuddur.

Ürək əzələsi (miokard)

[redaktə | mənbəni redaktə et]

Ürəyin əzələ qişası miokard — (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xüsusiyyətlərinə görə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır. Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılma qabiliyyətinə malikdir. Mədəciklərdə, ətli atmalarda və məməyəbənzər əzələlərdə əzələ lifləri artıq dərəcədə bir-birilə çarpazlaşaraq kələflər əmələ gətirirlər və özləridə endokarda yaxın təbəqələrdə çox vaxt sıx olurlar. Miokardı təşkil edən əzələ lifləri arasında zəif diferensasiya etmiş Purkinye liflərinə təsadüf olunur. Miokard ürək divarı qalınlığının 7/10-ni təşkil edir.

Qulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin. Səthi əzələ qatı köndələn əzələ liflərindən ibarət olub, hər iki qulaqcığı əhatə edir. Dərin qat isə hər qulaqcıq nahiyəsində müstəqildir, ilgəyəbənzər və həlqəvi liflərdən ibarətdir. Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane olurlar.

Mədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat. Bunların gördüyü iş qulaqcıqlarınkından olduqca artıqdır; qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə; sağ mədəciyin vəzifəsi onlara gələn qanı kiçik qan dövranına, sol mədəciyin vəzifəsi isə — böyük qan dövranına verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı 10–15 mm, sağ mədəciyin isə 3–5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsi ilə əlaqədardır. Sol mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün, təbii ki, sol mədəcik sağdan qüvvətli olmalıdır.

Səthi qatın əzələ liflərinin ürək zirvəsində burulmasından ürək burulqanı — (lat. vortex cordis) əmələ gəlir. Dərin boylama qatı təşkil edən liflər səthi boylama qat liflərinin məbədi olub, yuxarıya doğru qayıdırlar və yenə də lifli halqalara bağlanırlar. Orta həlqəvi əzələ qatı hər mədəcikdə müstəqildir və özüdə həlqəvi liflərdən təşkil olub səthi və dərin qatların arasında yerləşmişdir. Həlqəvi qat xüsusən sol mədəcikdə inkişaf etmişdir.

Mədəcikarası arakəsmənin qurluşuna gəldikdə orada da üç qata rast gəlinir: sağ, sol və orta qat. Sağ qat sağ mədəciyə, sol qat sol mədəciyə və orta qat hər ikisinə aiddir.

Qulaqcıqlarla mədəciklərin əzələ qişaları qulaqcıq-mədəcik dəstəsi — (lat. fasciculus atrioventricularis) vasitəsilə bir-birilə rabitədədirlər.