İnterferon
İnterferon | |
---|---|
Məlumatlar | |
ATK | L03AB, S01AD05 |
CAS | 9008-11-1 |
İnterferon — Orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. İnterferonların əsas funksiyası orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusla yoluxmasının qarşısını almaqdır. Onlar xəstəliyin ilk mərhələlərində yaranır, hüceyrəarası sahəyə ifraz olunur və özündən sonrakı hüceyrələrdə virusların çoxalmasını inqibirləşdirir. Orqanizmdə virusun yayılmasını məhdudlaşdırmaqla, ilkin müdafiə xəttini əmələ gətirir. γ interferonlara məxsus olan funksiyaların əsaslarından biri də onların makrofaqları aktivləşdirməsidir.
İnterferonlar 3 qrupa ayrılır. α, β və γ interferonlar. α və β interferonlar orqanizmin virusla yoluxmuş hüceyrələri, γ interferonlar isə antigenlə aktivləşmiş T limfositlərin bəzi subpopulyasiyaları və təbii killerlər tərəfindən sintez olunurlar. α və β interferonlar 9-cu xromosomda yerləşirlər.α interferonlarında genlərin sayı 20, β interferonlarda isə 1 ədəddir.α və β interferonlar virus və bakterial yoluxma zamanı müxtəlif tipli hüceyrələr tərəfindən sintez olunurlar.α interferonların əsas produsentləri aktivləşmiş faqositar hüceyrələr, fibroblast və dentritli hüceyrələr, β interferonlarınkı isə fibroblast və dentritli hüceyrələrdirlər.
γ interferon 10 və 12-ci xromosomlarda yerləşir. Ehtimal ki, iki identik genlərlə kodlaşdırılır. Molekul çəkisi 20–25 KDa olan qlikoproteindir. Onlar daha çox adaptiv immun sisteminin sitokinləri hesab olunur. Antivirus effektinə malik olmaqla yanaşı o qazanılmış immunitetin yaradılmasının tənzimlənməsi və immun sistemi hüceyrələrinin aktivləşdirilməsində mühüm rol oynayır. γ inteferonun əsas produsentləri antigen və mitogenlərlə aktivləşdirilmiş T limfositləri və təbii killerlərdir.