İntellekt əmsalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
IQ- testlər nəticələrin normal paylanmasını almaq üçün tətbiq edilir
Alfred Binet intellektin ilk tədqiqatçısı

İntellekt əmsalı[1] (ing. intelligence quotient; abr. IQ ; təl. "ay-kü") — insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi.

Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusu testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun (g) qiymətləndirilməsi üçün tətbiq edilir.

İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun, belə ki, insanların 50%-i 90–110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçıların ki, isə 135–140 təşkil edir. İQ səviyyəsi 70-dən aşağı olan şəxslər əqli qüsurlu sayılırlar.

Tarixi haqqında

[redaktə | mənbəni redaktə et]

"İntellekt əmsalı" anlayışı 1912-ci ildə alman psixoloqu Villyam Ştern (William Stern) tərəfindən daxil edilmişdir. 1904-cü ildə Alfred Binet tərəfindən işlənmiş intellekt testlərinin aparılmasında yoxlama suallarının sayı uşağın yaşına uyğunlaşdırılır. Binet məktəb uşaqlarında sinifləşdirmə testləri apararaq bu nəticəyə gəlir ki, bir uşağa verilmiş qiymət "intellekt" kimi qəbul edilə bilməz, çünki, o bir ədədlə təyin olunmur. O, bu mövzu haqqında deyir: "Şkala, düzünü desək, intellekt üçün ölçü deyil, çünki, intellekt keyfiyyətləri cəmlənmirlər və bununla xətti səth kimi ölçülə bilməz". İlk vaxtlarda məktəbə gedən uşaqlar üçün yaradılmış İQ hesablanması sonralar David Veksler tərəfindən inkişafla əlaqəli olan böyütmə əmsalı (100) ilə böyüklərə də tətbiq edilir.

Hesabatın aparılması

[redaktə | mənbəni redaktə et]

İntellektin araşdırılmasının əvvəlində Villyam Ştern və Alfred Binet intellektin yaşına əsaslanan üsulldan istifadə edirlər. Bu anlayış aparılmış testin nəticələrini verilmiş yaş həddinə uyğun olan orta test nəticəsinə nisbətini təsvir edirdi:

IQ = (İntellekt yaşı/Həqiqi yaş)× 100

Məsələn, anadan olandan 20 yaş olan şəxsin əqli 22 yaşa uyğun gələrsə, onda onun üçün İQ = 22 / 20 × 100 = 110.

Bu ölçü qiymətlərini müqayisə etmək üçün İQ normal səpələnmə üzrə normalaşdırılır. David Veksler İQ qiymətinin təsadüfi meyillənmə dispersiyası orta qiymətdən (100) yuxarı və aşağı istiqamətdə 15 xal meyillənməsini təsvir edən şkala tətbiq edir. Bir çox intellekt araşdırmalarında qiymətlərin təsadüfi meyillənməsi 15 xal həddində (məsələn, Hamburq-Veksler testi) götürülsə də, başqaları bu qiyməti 10 xal həddində qəbul edib (məsələn, Rudolf Amthauerə görə İ-S-T intellekt-struktur testi).

Vekslerə görə IQ belə hesablanır:

burada

  • təyin olunan qiymət (alınan xalların sayı)
  • verilmiş yaş qrupu üçün orta hədd
  • təsadüfi qiymətlərin dispersiyası

İQ testləri üçün dövlətlərdən asılı olaraq müxtəlif şkalalar tətbiq edilir. İngilis dilli dövlətlərdə tətbiq olunan testlərdə təsadüfi kəmiyyətlərin dispersiyası 16–24 xal arasında dəyişir. Ümumilikdə isə demək olar ki, orta qiymətdən meyillənmə üçün 15 xal geniş tətbiq edilir.

Veksler şkalasına görə əhalinin 68%-i üçün intellekt əmsalı 100 orta qiymət üçün 85–115 arasında yerləşir. Ölçü qiyməti 100-dən uzaqlaşdıqca onda ölçü xətaları böyüyür. Ona görə də, ən böyük və ya kiçik İQ qiyməti statistik baxımdan o qədər də etibarlı sayılmırlar və ehtiyatla işlədilirlər. Fitri istedada malik olan şəxslərin intellektini qiymətləndirmək üçün meyillənmə xətasının ikiqat qiymətindən o tərəfə dəqiqa danışmaq olur, yəni İQ-su 130-dan çox olan şəxslər haqqında bu fikri söyləmək olar. Ancaq bu xüsusi testlərin köməyi ilə daha da dəqiqləşdirilir. Aşağı həddlərdə oxumağa çətin çətinlik çəkənlər (IQ 85–70), orta (IQ 49–35), nisbətən zəif (IQ 34–20) və ən zəif intellektə malik olanlar (IQ<20) fərqləndirilirlər.

Testlərin aparılması

[redaktə | mənbəni redaktə et]

Binet apardığı intellekt sınaqlarında müxtəlif mövzularda silsilə tapşırıqlar tətbiq edir. Həll olunan tapşırıqlara xal verilir. Bu gündə də intellekt testlərinin aparılmasında bu üsuldan istifadə edilir. Tapşırıqlara gündəlik həyatda qarşılaşan məsələlər və problemlərdən suallar daxil edilir. Bir hissəsi məntiqi və ya riyazi məsələlərin həllindən ibarət olur (məsələn, ədədlər sırasını tamamlamaq). İlkin suallar əsasında artıq yaddaşın həcmini qiymətləndirmək olur. Testlərin aparılamsı üçün dil məsələsi də nəzərə alınır, yəni tapşırığın qoyuluşu dürüst olmalıdır. Buna görə də, bu testlərin aparılmasına tənqidlər mövcuddur ki, şəxslər tapşırığı başa düşmürlərsə onda onların intellekti olduğundan zəif qiymətləndirilir.

1956-cı ildə Cohn Raven mədəniyyətdən, dildən asılı olmayan "proqressiv matrisa" adlanan üsul təklif edir. Bu düsturla yad mədəniyyətə mənsub olan şəxslərin testdə iştirakı problem yaratmamalı idi. Ancaq bu üsul da lazımı nəticəni vermir, çünki, mütəxəssislərin fikrincə insanların düşünmə stili onların malik olduqları mədəni dəyərlərlə müəyyən olunur və mədəni dəyərlər yalnız dil ilə təsvir oluna bilməz.

1950-i illərdə David Veksler 11 hissədən ibarət başqa test silsiləsi təklif edir, burada ümumi bilik, söz ehtiyatı, hesablama düşüncəsi, vizual qavrama və abstraktlaşdırma qabiliyyəti yoxlanılır. Hamburqlu psixoloq Kurt Bondi (Curt Bondy) Hambur-Veksler-İntellekt testini təkmilləşdirir. Bu üsul bu günə kimi ən yararlı üsul sayılır. 1983-cü ildə aparılmış bir yoxlama nəticəsində bu üsul daha da inkişaf etdirilir.

Almaniyada geniş yayılmış üsullardan biri də İntellekt-struktur-testidir. Bu üsul Rudolf Amthauer tərəfindən işlənmişdir.

Test suallarını cavablandırmaq üçün adətən müəyyən vaxt qoyulur. Sadə məsələlərin, məsələn, kağız üzərində təsadüfi düzülmüş rəqəmləri artan sıra ilə böyük sürətlə birləşdirmək zamanı aparılan müşahidələr zamanı 1970-ci ildə yeni nəzəri və praktiki üsullar (məsələn Osvald Rot tərəfindən "Rəqəmləri birləşdirmək" testləri) işlənir. Koqnitiv informasiya alma sürətini və yaddaş həcmini ölçməklə ümumiyyətlə beyndə qısa və daimi yaddaş güclərini qiymətləndirmək olurdu. Bununla İQ anlayışı informasiya psixologiyasında da tətbiq olunmağa başlayır.

IQ testlərinin aparılması zamanı müxtəlif mədəniyyətlərin spesifik xüsusiyyətləri onun nəticələrinə ciddi təsir göstərir. Məsələn, bir mədəniyyət üçün vacib olan amil başqa mədəniyyət üçün əhəmiyyətsiz görünə bilər. Bu baxımdan İQ testlərin nəticələrinin mədəniyyətlər arasında müqayisəsi artıq mümkün olmur.

Bu hətta sosial təbəqələr arasında da öz rolunu göstərir. Küçədə yaşayan bir "avarının" verdiyi testin nəticələri çox vaxt onların həqiqi intellektlərinin səviyyəsini göstərmir. Çünki, onlar suallara cavab verərkən bəzən bilərəkdən sualları düzgün cavablandırmırlar. Əlbəttə insanın test zamanı malik oduğu əhval-ruhiyyəsi və fiziki durumu da nəticələrə ciddi təsir göstərir. Tapşırıqların həlli zamanı konsentrasiya qabiliyyəti əsasdır. Dağınıq fikirə malikolma çox müxtəlif səbəblərlə əlaqəli ola bilər. Pisyatma və yaxud gərginlik testin nəticələrini pisləşdirirlər. İmtahan qorxusu olan şəxslərdə ümumiyyətlə İQ testlərinin aparılması zamanı problemlər yaranır.

İntellektə görə sinifləşdirmənin tənqidi

[redaktə | mənbəni redaktə et]

"Intellekt" anlayışı müxtəlif psixologiyanın müxtəlif sahələrində tətbiq olunduğundan müxtəlif peşə sahələrindən tənqidə məruz qalmışdır. İlk dəfə olarq Teodor Adorno 1946-cl ildə İQ anlayışını kəski tənqid etmişdir.

Çox vaxt "İntellekt"in bir sıra koqnitiv qabiliyyətlərdən yaranmasına görə, aşağı təbəqəyə aid olanların İQ testlərdən pis qiymət alması və bununla onlara psoxoloji zərər vurulması tənqid edilir. Aşağı sosial təbəqədən olan şəxslər və onların uşaqları aparılan tədqiqatlara görə yuxarı təbəqədə duranlar nisbətən zəif intellektə malik olurlar.

Başqa tənqidçilər İQ testlərini ümumiyyətlə insan intellektinin ölçülməsində tətbiqini düzgün olmamasını təkid edirlər.

Fransız sosioloqu Pyer Burdye intellekt anlayışını tənqid edir. O intellekt problemin bioloji əsasını araşdırmamağı, əksinə belə bir sosial problemin sosial şərtlərini və bununla "intellekt rasiszmini" və ya "siniflər rasizmini" tədqiq etməyi məsləhət görür.

Başqa psixoloqar Hans Yurqen EystenkArtur Yensen intellektin nəsildən-nəsilə keçməsini söyləmişlər. Onlar da istedad testlərinin aparılmasının fəhlə sinfinin uşaqlarına qarşı ədalətsizliyə yol verilir. Onların fikrincə istedad testi bir şəxsin bütün qabiliyyətlərini yox, gendən asılı olan qabiliyyətləri oratya çıxarmaqla məşğul olur. Adətən testlərin aparılmasında orta təbəqənin malik oduqları qabiliyyətləri yoxlamağa cəhd edilir. Burada fəhlə uşaqlarının qabiliyyətlərini əks etdirən amillər nəzərə alınmır.

Eystenk və Yensen həm də göstərirlər ki, bu fərq özünü assosiativ qabiliyyətlərdə yox, yalnız koqnitiv qabiliyyətlərdə özünü göstərir.

Yensen aşağı təbəqədəyə aid olan zəif intellektə malik uşalar haqqında yazır:

"… bu uşaqların çoxunda onların İQ göstəricisindən fərqli olaraq daha ayıq olmaları nəzərə çarpır. Yeni sinifə gələn uşaq, məsələn, bir neçə günə 20–30 uşağın adını əzbər öyrənir, məkəb qaydalarına tezliklə yiyələnir, məktəb həyətindəki müxtəlif oyunları mənimsəyir və nəticədə əldə etdiyi nəticə onun İQ -sunun 60 olduğunun yalanını çıxarır. Bütün bunlar göstərir ki, aşağı təbəqədən çıxmış uşaqlara qarşı aparılan testlər ədalətsiz olurlar, çünki onların orta təbəqədən gələn uşaq yoldaşları il boyu cəmi iki-üç uşağın adını yadlarında saxlaya bilirlər." – Artur Yensen: "İnsanların müxtəlifliyi"

Burada onu da qeyd etmək lazımdır ki, Avropada, əsasən isə Almaniyada qabiliyyət sınaqları çıx geniş tətbiq olunur. Bu üsul kiçik yaşlı uşaqalrın və məktəblilərin seçilməsində istifadə edilir və nəticədə uşaqlar müxtəlif səviyyəli məktəblərə (məsələn, Almaniyada 3 növ, müxtəlif səviyyəli orta məktəb fəaliyyət göstərir) göndərilir. Aşağı səviyyəli məktəbi qurtaran gəncin cəmiyyətdə yaxşı yer tutması şansı çox aşağıdır. Ali təhsil almaq üçün müxləq gimnaziyanı bitirmək lazımdır. Ona görə də, uşaqların kiçik yaşlarında belə testlərlə seçilməsi və onlara inkişaf etmək şansının verilməməsi bir çox psixoloqların tənqid və araşdırma mövzusuna çevrilmişdir.

  1. "Azərbaycan müəllimi. "Amerika Birləşmiş Ştatlarında təhsil sistemi"". 2012-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-02.
  • Stephen Jay Gould: Der falsch vermessene Mensch (Səhv ölçülmüş insan). 1999, ISBN 3-518-28183-6.
  • K. J. Groffmann: Die Entwicklung der Intelligenzmessung (İntellekt ölçülməsinin inkişafı). In: R. Heiss (Hrsg.): Psychologische Diagnostik. C. J. Hogrefe, Göttingen 1964, S. 148–199. (= Handbuch der Psychologie; 6)
  • Walter Gutjahr: Die Messung psychischer Eigenschaften (Psixoloji keyfiyyətlərin ölçülməsi). Kiepenheuer und Witsch, Köln 1977, ISBN 3-462-01116-2.
  • Siegfried Lehrl: Arbeitsspeicher statt IQ (İQ əvəzinə işçi yaddaş). Vless, Ebersberg 1997, ISBN 3-88562-079-0.
  • Linda S. Gottfredson: The General Intelligence Factor (İntellekt faktoru). In: Scientific American. Exploring Intelligence. 9, Nr. 4, Winter 1998 (http://www.psych.utoronto.ca/~reingold/courses/intelligence/cache/1198gottfred.html Arxivləşdirilib 2007-10-05 at the Wayback Machine).
  • Philip. G. Zimbardo, Richard J. Gerring (2004): Psychologie (Psixologiya) — 16., aktualisierte Auflage; München: Pearson Studium. ISBN-13: 987-3-8273-7056-3, ISBN-10: 3-8273-7056-6, S. 423, 424
  • Jensen, zitiert nach: Eysenck, Hans Jürgen (1984): Die Ungleichheit der Menschen (İnsanların müxtəlifliyi). Kiel: Orion-Heimreiter-Verlag. ISBN 3-89093-100-6, S. 244

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]