Çjou sülaləsi
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası | ||||||
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan • Uşu • Vin Çun • Dim Mak • Şaolin | ||||||
Üç hökmdar və beş imperator | ||||||
Sya sülaləsi | ||||||
Şan sülaləsi | ||||||
Çjou sülaləsi | ||||||
Şərqi Çjou | Yaz-Payız | |||||
Döyüşən çarlıqlar | ||||||
Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil. Sin sülaləsi | ||||||
Çu sülaləsi — qarışıq dövr | ||||||
Han sülaləsi | Qərbi Han | |||||
Sin sülaləsi, Van Man | ||||||
Şərqi Han | ||||||
Üç çarlıq | Vey | Şu | U | |||
Qərbi Çzin | ||||||
16 barbar | Şərqi Çzin | |||||
Cənub və Şimal sülalələri | ||||||
Suy sülaləsi | ||||||
Tan sülaləsi | ||||||
Çin Respublikası | ||||||
Çjou sülaləsi (çin. 周朝) — Çin xanədanı.
Tarixi
[redaktə | mənbəni redaktə et]E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını qurdu. Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100-221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122-771-ci illər) və Şərqi Çjou (Sonrakı) (E.ə. 770-256/221-ci illər) dövrlərinə bölünür. İmperiyaların adları paytaxtların yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə. 722-481 və 481-221-ci illər.
Çjou hökmdarlarının ilk paytaxtı Tszunçjou Veyxe çayının kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında). Sonralar Xuanxenin orta axınında iknci paytaxt – Loi salındı (indiki Loyan şəhəri yaxınlığında).
Bu dövrdə meydana gələn ən mühüm konsepsiyalardan biri orta dövləti – Cun Quo konsepsiyası hesab edilir. Çjou dövründə Dalxuanedə səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin, Sun, Lu, Yus, U mövcud idi. Bu knyazlıqlardan hər biri özlərini mərkəz hökmdarlığı adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, qərb, şərq və mərkəz. Mərkəz – əsl sivilizasiyanı təcəssüm edən hesab nöqtəsidir, geridə qalanlar isə – barbarlardır. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.
Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (E.ə. 476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik hökmdarlıqlar yarandı. Bu dövr həmçinin qarışıqlıq dövrü kimi də xatırlanır. Konfutsi məhz bu zamanda yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik istiqamətinə görə cəmiyyətdəki bu böyük və uzunmüddətli hərc-mərcliyə təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin hələ uzun əsrlər boyu mənəvi simasını müəyyənləşdirən əxlaqi-etik normalar tətbiq etmişdir.
Bununla belə, bu dövr bəşər tarixinə həmçinin dəmirin əridilməsi texnologiyasının, baltadan, kotandan və digər əmək alətlərindən istifadənin kəşf olunması dövrü kimi də düşmüşdür. Torpağın işlənməsində buynuzlu heyvanlardan istifadə vərdişi yarandı. Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.
E.ə. IV-III əsrlərdə müxtəlif hökmdalıqlar arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Tsin hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi məğlubiyyətə uğradır və onun ərazilərini zəbt edir, e.ə. 228-221-ci illərdə isə digər hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.[1]
Tsin Şixuan Döyüşən çarlıqların separatizminə son qoyaraq Çin tarixində ilk dəfə çoxmillətli mərkəzləşdirilmiş dövləti – Tsin imperiyasını yaradır.
Qaleriya
[redaktə | mənbəni redaktə et]-
Bürünc qab, Defan, Qərbi Çjou
-
Bürünc qab, Dake, Qərbi Çjou
-
Bürünc qab, Qərb Çjou
-
Бронзовый ритуальный Цичхун Ху, Qərbi Çjou
-
Сосуд Доу с изображением сцены охоты, Şərqi Çjou
-
Сосуд Бо князя Цинь, Восточное Чжоу
-
Сосуд Пу с драконами, Şərqi Çjou
-
Нефритовый амулет Би с двумя драконами, Şərqi Çjou
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Сыма Цянь. Исторические записки. Т. 1-2. (перевод Р.В.Вяткина)
- Lee, Yuan-Yuan and Shen, Sinyan. (1999). Chinese Musical Instruments (Chinese Music Monograph Series). Chinese Music Society of North America Press. ISBN 1-880464-03-9
- Shen, Sinyan (1987), Acoustics of Ancient Chinese Bells, Scientific American, 256, 94.
- Sun, Yan. 2006. "Cultural and Political Control in North China: Style and Use of the Bronzes of Yan at Liulihe during the Early Western Zhou." In: Contact and Exchange in the Ancient World. Edited by Victor H. Mair. University of Hawai'i Press, Honolulu. Pages 215-237. ISBN 978-0-8248-2884-4; ISBN 0-8248-2884-4.
- Feng, Li. 2006. Landscape and Power in Early China: The Crisis and Fall of the Western Zhou 1045-771 BC
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Shaughnessy, Edward L. Historical Perspectives on The Introduction of The Chariot Into China. Harvard Journal of Asiatic Studies, Vol. 48, No. 1 (Jun., 1988), pp. 189-237
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Западное Чжоу:Государство и общество Arxivləşdirilib 2007-07-15 at the Wayback Machine
- Период Чунцю Arxivləşdirilib 2007-10-22 at the Wayback Machine
- От Чуньцю к Чжаньго: усиление центростремительных тенденций Arxivləşdirilib 2007-10-22 at the Wayback Machine
- Х.Г. Крил. Становление государственной власти в Китае. Империя Западная Чжоу
- History of the Zhou Dynasty by Leon Poon
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |