Ana səhifə
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 204.186 məqalə mövcuddur.
![]() Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji — Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv), "Lenin" mükafatı laureatı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O, SSRİ KP MK üzvü (1976–1989) idi. 1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİ daşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır. |
![]() Kərki kəndi tarixi baxımdan qədim irsə malikdir. Kəndin qərbində Tunc dövrünə aid yaşayış məskəni, müdafiə qalası və qədim nekropol yerləşir. Arxeoloji tədqiqatlar zamanı nekropol sahəsində daş qutu şəklində qəbirlər, keramika nümunələri və digər maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Kərki nekropolunda tapılan boyalı qablar Naxçıvan ərazisindəki digər arxeoloji abidələr üçün səciyyəvi xüsusiyyətlər daşıyır. Eyni zamanda, kənd ərazisində Birinci Dünya müharibəsi dövründə həlak olmuş Osmanlı əsgərinin məzarı da mövcuddur. |
![]() |


- Roma Papası Fransisk (şəkildə) 88 yaşında ölüb.
- Cənubi Koreya Konstitusiya Məhkəməsi prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etməsindən sonra onun impiçmentini təsdiqləyib.
- İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasının ardından ölkədə hökumət əleyhinə etirazlar başlayıb.
Aktual hadisələr: HƏMAS–İsrail müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi

- Kofuku stansiyasının (şəkildə) adı yapon dilindən tərcümədə "xoşbəxtlik" mənasına gəldiyi üçün insanlar arzularını yazdıqları kağızları stansiyaya yapışdırıb xoşbəxtlik diləyirlər.
- Eyniadlı povestə əsaslanan "Unudulmuş əcdadların kölgələri" filminin SSRİ-dən xaricdə "Alovlu atlar" adı ilə nümayiş etdirilməsi izləyicilər arasında filmin povest ilə əlaqəsi barədə çaşqınlıq yaratmışdır.
- Kosmonavtikanın pionerlərindən olan Aleksandr Şargey SSRİ-də repressiyalardan yayınmaq üçün vəfat etmiş Yuri Kondratyukun sənədlərini mənimsəmiş və ölənə kimi bu kimlik ilə yaşamışdır.
- Hoyya-Baçu meşəsi paranormal və fövqəltəbii hadisələrin müşahidə olunması səbəbilə "Rumıniyanın Bermud üçbucağı" adlandırılır.
- Ukraynada XIX əsrə qədər ənənəvi kobzarların kor olmaqları tələb olunurdu.

Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikidata Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi