Ana səhifə
Görünüş
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 201.551 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar. Fransız İnqilabı "Bənzəri görünməmiş ateizm" ilə insan ağlının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu. |
Həftənin yaxşı məqaləsi
İsmixan Rəhimov — Azərbaycan tərcüməçisi, dilçi alimi, antisovet "İldırım" təşkilatının qurucularından biri. Hacı Zeynalov və Gülhüseyn Hüseynoğlu ilə birlikdə sovet işğalına qarşı millətçi tələbə təşkilatı qurduğuna görə eləcə də göstərdikləri fəaliyyətə görə bütün əmlakı müsadirə olunmaq şərtilə 5 il seçki hüququndan, 25 il isə azadlıqdan məhrum edilib. Cəzasını Sibirdə əmək düşərgəsində çəkib. Orta və ali məktəbi fərqlənmə ilə vaxtından əvvəl bitirib. İngilis dilinin öyrədilməsi sahəsində özünəməxsus metodikası olub. Dilçilik sahəsində bir neçə kitab və lüğət müəllifidir. 2000-ci il oktyabrın 28-də Azərbaycanda təhsil sahəsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. |
Həftənin seçilmiş siyahısı
Joan Qamper kuboku — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri. Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir. Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir. Başlanğıcda turnirdə 4 komanda iştirak edirdi. Bu dövrdə turnirdə iki yarımfinal, üçüncülük matçı və final oyunu keçirilirdi. 1966-cı ildə təşkil edilən ilk turnirdə Barselona ilə yanaşı Belçikadan Anderlext, Fransadan Nant və Almaniyadan Köln iştirak etmişdir. Finalda Kölnü 3–1 məğlub edən Barselona kubokun ilk sahibi olmuşdur. Kubokun finalında məğlub olan Köln 1978 və 1981-ci ildə kuboku qazanmışdır. 1979-cu ildə isə finalda məğlub olmuşdur. Bu nailiyyətlə Köln ev sahibi Barselonadan sonra kuboku birdən çox qazanan yeganə komandadır. |
Xəbərlər
- Türkiyənin Bolu ilinin Qartalqaya dağ-xizək mərkəzinin otelində (şəkildə) baş verən yanğın nəticəsində ən azı 76 nəfər ölüb, 51 nəfər yaralanıb.
- İsrail və Fələstin arasında müharibəni dayandıran və israilli girovların və fələstinli məhbusların azad olunmasını nəzərdə tutan atəşkəs razılaşması imzalanıb.
- ABŞ rejissoru Devid Linç 78 yaşında vəfat edib.
- Cozef Aun Livan Prezidenti seçilib.
Aktual hadisələr: Suriyada vətəndaş müharibəsi • HƏMAS–İsrail müharibəsi • İsrail–Hizbullah münaqişəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Bilirsinizmi?
- Yuli Sezar ikinci arvadı Pompeyadan Yaxşı ilahə ritualları (şəkildə) ilə bağlı qalmaqalda iştirak etdiyi üçün boşanmışdır.
- Rumıniya Sosialist Respublikasında pravoslav ruhanilərin böyük əksəriyyəti məxfi polis orqanı olan "Sekuritate"nin əməkdaşı idi.
- İzmirdə baş tutan ənənəvi Rakıspor–Şarapspor futbol oyunlarında oyunçular və hakimlərin meydana sərxoş halda çıxması məcburi idi.
- Coğrafi kəşflər dövründə Roma yazıçısı Senekanın I əsrdə ərsəyə gətirdiyi "Medeya" əsərində Amerikanın kəşfini proqnozlaşdırdığına inanılırdı.
- Tobu Zooparkında saxlanılmış pinqvin Qreyp-kun 2017-ci ildə anime personajına "aşiq olmuşdur".
Tarixdə bu gün
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi