Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 204.949 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
ABŞ — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidənmüxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada KanadaMeksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər. Avropalıların kolonizasiyası XVI əsrdə başlamışdır. ABŞ şərq sahili boyunca qurulan On üç ingilis koloniyasından yarandı. Fransız-hindu müharibəsindən sonra Böyük Britaniya ilə koloniyalar arasında çoxsaylı mübahisələr 1775-ci ildə başlamış Amerika inqilabına və ardından 1776-cı ildə ABŞ istiqlal bəyannaməsi ilə nəticələndi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Cəfər Kavian — Cənubi azərbaycanlı fədai, siyasətçi, və general-mayor. O, Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin Xalq qoşunları naziri və Azərbaycan Milli Hökumətinin Milli Məclisinin üzvü olub. O, həmçinin İran Kommunist Partiyasının, Tudə Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan Demokrat Firqəsinin təşkilat komitəsinin üzvü olub. Məşrutə, Xiyabani, Lahuti və 21 Azər hərəkatlarında iştirak edib və fədai dəstələrinə başçılıq edib. Azərbaycan Milli Hökumətinin qurulmasında göstərdiyi fəaliyyətlərə görə "21 Azər" medalı"Səttarxan" ordeni ilə təltif olunmuşdur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
ABŞ-nin birinci xanımlarının siyahısı — ABŞ-nin birinci xanımı Ağ Evin sahibəsi hesab olunur. Vəzifəni ənənəvi olaraq ABŞ Prezidentinin həyat yoldaşı tutur, lakin müxtəlif vaxtlarda bu titulu subay olan, dul olan, və ya həyat yoldaşı olmayan, yaxud da həyat yoldaşı bu vəzifəni yerinə yetirə bilmədiyi hallarda prezidentin həyat yoldaşı olmayan qadınlar da daşımışdır. Bu vəzifə seçilmiş bir vəzifə deyil, heç bir rəsmiyyət daşımır və buna görə maaş verilmir. Bununla yanaşı, o, prezidentlə birlikdə, yaxud onu təmsil edərək bir çox rəsmi mərasimlərə qatıla və dövlət işləri ilə maraqlana bilər. Ənənəvi olaraq, birinci xanım vəzifədə olduğu vaxt ərzində kənar işlərdə işləmir, baxmayaraq ki, Eleonora Ruzvelt yazı yazaraq və mühazirə oxuyaraq pul qazanıb və bu pulun çoxunu xeyriyyə işlərinə sərf edib, həmçinin Cill Bayden də bu müddət ərzində pedaqoq kimi işinə davam edib.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli