Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 204.495 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Valentin Qluşko — raket-kosmik texnikası sahəsində SSRİ mühəndisi və alimi. O, raket-kosmik texnikasının pionerlərindən biri, SSRİ-də maye yanacaqlı raket mühərriki istehsalının banisi olmuşdur.

Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji — Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv), "Lenin" mükafatı laureatı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O, SSRİ KP MK üzvü (1976–1989) idi.

1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİ daşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Pietasqədim Roma əxlaqının əsaslarından biri. Bu, ilk növbədə dindarlıq, tanrılara, ölkəyə, ata-anaya və əcdadlara ehtiramla yanaşma kimi bir sıra cəhətləri əhatə edən bir fəzilət anlayışı idi. Qədim Roma cəmiyyətində bu fəzilətin klassik nümunələsi Eney idi. O, həyatını riskə atmış və yaşlı atası Anxisi yunanlar tərəfindən yandırılan Troyadan xilas etmişdir. Başqa bir prinsipial nümunə ana südü ilə həbsxanada valideynlərini aclıqdan xilas edən romalı qadın hesab olunurdu.

Oktavian Avqustun hakimiyyətə gəlməsi ilə pietasa xüsusi münasibət imperator kultunun bir hissəsi olmuşdur. Bu, demək olar ki, hökmdarın əsas fəziləti kimi təqdim olunurdu. Pietasın təbliğ olunması təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Cəmiyyətin qədim inkişaf səviyyəsində ailənin atasının və ya ağasının böyük gücünə pietasa daxil olan əxlaq normaları kömək etmişdi və bu, iqtisadiyyatın ən səmərəli formada idarə olunmasını təmin etmişdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.

Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli