Qafqaz İslam Ordusu — Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir.
Firudin İbrahimi — İran azərbaycanlısı hüquqşünas və siyasətçi. O, 1918-ci il noyabrın 21-də Astara şəhərində anadan olub. 9-cu sinifə qədər Astara şəhərində təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün Ənzəli şəhərinə köçüb. 10 və 11-ci sinifləri də Ənzəlidə oxuduqdan sonra Təbrizə köçüb və 12-ci sinfi Firdovsi məktəbində oxuyub. 1941-ci ildə məktəbi bitirdikdən sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub və 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Bu illər ərzində fars, fransız və ərəb dillərini mükəmməl öyrənib. Universitetdə oxuduğu dövrdə Tudə Partiyasına üzv olub.
Türkiyənin qadın nazirlərinin siyahısı — İlk dəfə 26 mart 1971-ci ildə qurulan 33-cü Türkiyə hökuməti başçısı Nihad ErimTürkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə 28 fərqli qadın yer alıb. Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib. Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib.