Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 205.186 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Birləşmiş Millətlər Təşkilatının Baş QərargahıNyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir. Baş Qərargahda Baş MəclisTəhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Qulam Yəhyaİran azərbaycanlısı siyasətçi və hərbçi. O, 1906-cı ildə Sərab mahalının Əsgərabad kəndində anadan olub. 1918-ci ildə Bakıya gələrək atası ilə birlikdə Sabunçu qəsəbəsində yaşayıb. 1920-ci ildən çilingər köməkçisi daha sonra isə çilingər işləyib. 1925-ci ildə Kommunist Partiyasına üzv olub. 1927–1929-cu illərdə Bakıda Partiya Məktəbinidə təhsil alıb. 1931-ci ilə qədər Bakıda Lenin rayonu partiya komitəsində işləyib. 1931-ci ildən 1935-ci ilə qədər Lenin rayon partiya komitəsində kadrlar üzrə şöbə müdiri, rayon zəhmetkeş deputatlar şurasının sədri vəzifəsində fəaliyyət göstərib. 1935–1937-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1937-ci ildə İrana geri qayıdıb. Öz yaşadığı kəndə çatmamış İran polisi tərəfindən həbs olunaraq Ərdəbildə həbsxanaya salınıb.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Macarıstan forintinin sikkələri — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir. 1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli