Səddam Hüseyn
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[1][2][…], Əl-Audca, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[3][1][…], Kazımiyyə, Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979).
Səddam Hüseyn | |
---|---|
صدام حسين عبد المجيد التكريتي | |
İraqın 5-ci prezidenti | |
16 iyul 1979 – 9 aprel 2003 | |
Əvvəlki | Əhməd Həsən əl-Bəkr |
Sonrakı | Cəlal Talabani |
İraqın 15-ci baş naziri | |
30 may 1994 – 9 aprel 2003 | |
Əvvəlki | Əhməd Hüseyn əs-Samarrayi |
Sonrakı | İbrahim əl-Cəfəri (2005-dən) |
İraqın 11-ci baş naziri | |
16 iyul 1979 – 23 mart 1991 | |
Əvvəlki | Əhməd Həsən əl-Bəkr |
Sonrakı | Sədun Həmmadi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1937[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 dekabr 2006[3][1][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Edam olunub |
Dəfn yeri | |
Partiya | Bəəs (1957-dən) |
Təhsili |
1) Qahirə Universiteti 2) "Müntəziriyə" Universiteti |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, yazıçı, romançı, inqilabçı |
Atası | Hüseyn ət-Tikriti |
Anası | Səbha Tulfa |
Həyat yoldaşları |
1) Sacidə Talfa 2) Samirə Şahbəndər 3) Nidal əl-Həmdani 4) Vəfa əl-Molla əl-Huveyş |
Uşaqları |
1-ci evlilikdən: oğlanları: Udey, Qusey qızları: Rağad, Rəna, Hala 2-ci evlilikdən: oğlu: Əli |
Dini | İslam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | marşal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi.
2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir.[4]
Həyatı
redaktəUşaqlıq illəri
redaktə28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi.[5]
Gənclik illəri
redaktəMaddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu. Dayısı Britaniya tərəfindən qarşısı alınan bu üsyana qatıldığına görə vəzifəsindən çıxarılıb həbs edildi. Sonradan anasının yanına qayıdan Səddam qısa müddət sonra dayısının yanına geri qayıtdı.
1956-cı ildə dayısının təşviqi ilə hərbi akademiyaya qəbul olmaq üçün imtahan verdi. Amma qəbul imtahanında uğursuz oldu. 1957-ci ildə Bəəs partiyasına qoşuldu. 1959-cu ildə Bəəs üzvlərinin İraq prezidenti Əbdülkərim Qasıma qarşı hazırladığı uğursuz sui-qəsdə qatıldı. Burada yaralandı və Suriyaya oradan da Misirə qaçdı. Sürgündə olduğu vaxtda Qahirə universitetinin hüquq fakültəsində təhsil almağa başladı (1962–63).
1963-cü ildə dayısın qızı Səcidə Talfah ilə evləndi. Bu evliliyindən Rəna, Raqad, Hala adlı üç qızı və Uday, Kusay adlı iki oğlu dünyaya gəldi. Daha sonra iki dəfə evlənən Səddam Hüseyinin Əli adlı bir oğlu da vardır.
Ölkəsinə qayıtdığı ildə Əbdül Salam Arifin Bəəsçilərə qarşı hazrıladığı çevrilişdə həbs edildi və beləcə bir neçə ilini həbsdə keçirtdi. 1967-ci ildə həbsdən qaçaraq qısa müddət Bəəsin liderlərindən biri oldu.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Saddam Husain // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 http://news.bbc.co.uk/1/hi/world/middle_east/6218485.stm.
- ↑ "Arxivlənmiş surət". 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
- ↑ "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.