Şimali Osetiya Respublikası (rus. Республика Северная Осетия — Алания, oset. Республикæ Цæгат Ирыстон — Алани) — Rusiya Federasiyası subyektlərindən biri.

Şimali Osetiya
Республика Северная Осетия-Алания
Цæгат Ирыстон
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

43°11′ şm. e. 44°14′ ş. u.HGYO


Ölkə Rusiya Rusiya
İnzibati mərkəz Vladiqafqaz
Dövlət Başçısı Sergey Menyaylo
Hökumət sədri Taymuraz Tuskayev
Tarixi və coğrafiyası
Yaradılıb 9 noyabr 1993
Sahəsi
  • 7.987 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 678.879 nəf. (2024)
Rəsmi dillər Osetin dili, Rus dili
Rəqəmsal identifikatorlar
ISO kodu RU-SE
Avtomobil nömrəsi 15
Rəsmi sayt
Şimali Osetiya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7 iyul 1924-cü ildə muxtar vilayət kimi yaradılıb, 1991-ci ildən Şimali Osetiya-Alaniya Respublikası kimi fəaliyyət göstərir. Sahəsi 8 min km2 , əhalisi 710.275 (2002) nəfərdir.

Coğrafiyası

redaktə

Şimali Osetiya Böyük Qafqazın şimal yamacında yerləşir. Republikanın şimalında Stavropol düzənliyi, ondan cənubda Terek və Sunja silsilələri, mərkəzdə Şimali Osetiya düzənliyi, cənub hissədə Baş Suayrıcı, Böyük Qafqaz silsiləsi (5033 m hündürlüklü Kazbek dağı) mövcuddur. İqlimi kontinentaldır. Düzən ərazilərdə yanvarın orta tempteraturu −4.5°S, İyulun isə 24°S-dir. Düzənliklərə ildə 600–700 mm, dağlara isə 1000 mm yağıntı düşür. Düzən ərazilər meşə və meşə-çöl zonasında yerləşir və bütünlüklə şumlanmışdır. Düzənliklərdə qaratorpaq və şabalıdı, Terek vadisində allüvial-çəmən , dağətəyində isə dağ-meşə və dağ-çəmən torpaqları yayılmışdır. 800–1600 m hündürlükdə enliyarpaq, 1600–2000 m-də iynəyarpaq meşələr, 2000 m-dən yüksəkdə subalp və alp çəmənliyi mövcuddur. Rəngarəng heyvanat aləmi vardır (əsasən dağ meşələrində). Təbii şərait əhalinin həyat fəaliyyəti, eləcə də kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Əlvan metallar (sink, gümüş, qurğuşun), tikinti materialları (mergel, əhəngdaşı), mineral su mənbələri və s. təbii ehtiyatlar vardır.

Əhalisi

redaktə

Republikanın ümumi əhalisinin 69%-i şəhərdə yaşayır, sıxlıq hər km2-də 83 nəfərdir. Respublikanın şərqində yerləşən Sağsahil rayonu və Vladiqafqaz ətrafı daha sıx məskunlaşılan ərazilərdir. Əsas şəhərlərinə Vladiqafqaz (paytaxt), Mozdok, Beslan, Alagir, Ardon misaldır. Rəsmi dil rus dilidir. Respublikada 60-dan çox millətin nümayəndələri yaşayır: osetinlər (53%), ruslar (30%), inquşlar (5%), ermənilər, gürcülər, ukraynalılar, qumuqlar, kabardinlər, çeçenlər, tatarlar, beloruslar, azərbaycanlılar və s.

İqtisadiyyatı

redaktə

Şimali Osetiyanın təsərrüfat kompleksində aparıcı sahəni agır sənaye təşkil edir. Ümumi məhsulun 3/4 hissəsini əlvan metallurgiya, dağ mədən sənayesi və maşınqayırma verir. Yan silsilələrdən qurğuşun-sink filizləri çıxarılır, iri yataqları Sadon, Zida və Burobdur. Çıxarılan filiz, kanal yollarla Muzursk saflaşdırılma fabrikasına daxil olur. Saflaşdırılmış sink-qurğuşun filizlər Vladiqafqazın elektrosink zavodunda mis, sink, qurğuşun, kadmeysulfat turşusu alınır. Maşınqayrıma ümumi sənaye məhsullarının 30%-ni verir və qaz aparatları, elektrik lampaları, elelktrik avadanlıqları istehsal olunur. Respublikanın elektrik enerjisininə olan tələbatın 20–25%-ni özünün elektrik stansiyaları istehsal edir. Buradakı dağ çayları üzərində Tizeldon, Vladıqafqaz, Diqorsk SES-ləri elektrometalurgiyyanın burada inkişafına təkan vermişdir. Respublika özünün hidroenerji ehtiyatlarınanın cəmi 5%-ni istifadə edir. Burada kənardan təbii qaz verilir. Dağlarda ağac tədarükü və emalı aparılır. İldə 300 min m³ taxta materialı hazırlanır. Əkinçilik üçün şimal rayonları əlverişlidir. Cəmi 200 min ha əkin yeri vardır və əsasən qarğıdalı, buğda, şəkər çuğunduru və s. ilə tutulmuşdur. Xeyli sahələr bağlar, üzümlüklər və tərəvəz bitkilərilə örtülüb. Suvarma sahələri Terek çayı boyunca yerləşir. Respublika ərazisində 135 min ha otlaq və örüş vardır. Yayda mal-qara və qoyun keçi alp çəmənliklərində, qışda Terek-Kutsk ovalığında otarılır. Heyvandarlıq və bitkiçilik əsasında güclü yeyinti sənayesi yaradılmışdır.

İstinadlar

redaktə