Ana səhifə
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 200.314 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Olimpiya (Mane) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdir. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edir. Mane klassik tabloların əksinə, heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdir. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccüblənmişdirlər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkmişdir. |
Həftənin yaxşı məqaləsi
Dəniz inəyi — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən "Hidrodamalis Kuesta"dan (ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7–8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2 min ədəd təşkil edirdi. |
Həftənin seçilmiş siyahısı
Azərbaycanın Milli Qəhrəmanlarının siyahısı — Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən 221 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. İndiyədək "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb. |
Xəbərlər
- Bakıda keçirilən COP29 (şəkildə) işinə başlayıb.
- Donald Tramp prezident seçkilərində yenidən ABŞ Prezidenti seçilib.
- Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədov vəfat edib.
- İsrailin Livanın paytaxtı Beyruta hava hücumu nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.
Aktual hadisələr: HƏMAS–İsrail müharibəsi • İsrail–Hizbullah münaqişəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Son ölümlər: Aleksey Zimin, Marko Anqulo, Şüa Hüseynov, Zülfüqar Rüfətoğlu, Raşid Meklufi, Toni Todd
Bilirsinizmi…
- ... ki, İllinoys ştatında yerləşən Çikaqo siçovul dəliyi (şəkildə) "The New York Times" tərəfindən "Çikaqonun Stounhenci" adlandırılıb?
- ... ki, Üsamə bin Ladenin adını daşıyan Peru futbolçusu Osama Vinladenin Səddam Hüseynin şərəfinə adlandırılmış Sadam Huseyn adlı bir qardaşı var?
- ... ki, İspaniyanın Xuskar kəndi 2011-ci ildə "Şirinlər" filminin premyerası münasibətilə "Sony España" tərəfindən göy rəngə boyanmışdır?
- ... ki, 1846-cı ildə "Eremina desertorum" növünün bir nümunəsi ölü hesab olunaraq kataloq kartoçkasına yapışdırılaraq Britaniya Muzeyinə gətirilsə də, 1850-ci ildə hələ də sağ olduğu məlum olub?
- ... ki, Yaponiyanın Otsuçi qəsəbəsində quraşdırılmış külək telefonu ölülərlə "danışmaq" üçün nəzərdə tutulub?
Tarixdə bu gün
- 1805 — Napoleon ordusu Vyanaya daxil olmuşdur.
- 1918 — SSRİ Brest-Litovsk sülh müqaviləsini imzalamışdır.
- 1970 — Pakistanda siklon 300.000 insanın həyatına son qoyub. Bu faciə XX əsrin ən böyük təbii fəlakəti hesab edilir.
- 1970 — Hafiz Əsəd Suriyada dövlət çevrilişi edib.
- 1976 — BMT TŞ bütün xarici qoşunların Kiprdən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdir.
- 1994 — İsveç referendum yolu ilə Avropa Birliyinə qəbul edilmişdir.
- 2001 — ”Şimal Alyansı” qoşunları Kabili və Cəlalabadı Taliban qüvvələrindən təmizləyib.
- 2002 — İspaniya sularında 77.000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb olmuşdur.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi